AZ

Bakıda qadın sürücünün vurduğu 72 yaşlı kişi 3 gün sonra ölüb

Bakıda avtomobilin vurduğu 72 yaşlı kişi ölüb.
 
Hadisə Yasamal rayonu, Nərimanov heykəlinin yanında qeydə alınıb. Aprelin 28-də 1979-cu il təvəllüdlü Sevinc Həsənova idarə etdiyi "Nissan Note" markalı avtomobillə piyada 1953-cü il təvəllüdlü Əbdülbaği Həsənovu vurub. Piyada xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq 72 yaşlı kişi ötən gün xəstəxanada ölüb. Faktla bağlı cinayət işi başlanılıb.
 
 
Seçilən
0
21
7news.az

10Mənbələr