Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarında son vəziyyətlə bağlı məlumat yayıb.
"Unikal" xəbər verir ki, hazırda Bakının aşağıdakı küçə və prospektlərində nəqliyyatın hərəkəti çətinləşib:
1. Bakı-Sumqayıt şosesi, 20 Yanvar m/st istiqamətində;
2. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişməsindən 20 Yanvar metrosu istiqamətində;
3. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində;
4. Yusif Səfərov küçəsi, mərkəzə doğru;
5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
6. Afiyəddin Cəlilova küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
7. Alı Mustafayev küçəsi, Ziya Bünyatov prospekti istiqamətində;
8. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən metronun 20 Yanvar stansiyası istiqamətində;
9. Binəqədin şosesi, Azadlıq prospekti metrosu istiqamətində;
10. Heydər Əliyev prospekti, mərkəzə doğru əsas yol;
11. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişməsindən Rəşid Beybutov küçəsi ilə kəsişməyə qədər.