
“Biz Qdanskdan 1945-ci ildə sovet qoşunlarının Avropa şəhərlərini necə azad etdiyini xatırlayan narahat insanlardan məlumat alırıq. Onların dediklərinə görə, hazırda Rumıniyadan Qdanska böyük hərbi texnika karvanı gedir”.
Reyting.az bildirir ki, bunu TASS-a hərbi ekspert Vitali Kiselyov gizli mənbələrə istinadla məlumat verib.
Ekspert bildirib ki, artıq Qdanskda 20 mindən çox NATO əsgəri cəmləşib.
E. KAMAL