İsrailin baş naziri Benyamin Netanyahu ordusunun Suriyanın paytaxtı Dəməşqdə prezident sarayı yaxınlığındakı hədəfə hücum etdiyini bildirib...
Poliqon xəbər verir ki, bu barədə “Times of Israel” qəzeti yazır. Baş nazir bunun Suriyadakı druz icması üçün təhlükənin qarşısını almaq üçün edildiyini bildirib.
“Bu, Suriya rejiminə açıq siqnaldır. Biz qoşunların Dəməşqin cənubuna göndərilməsinə və ya druz icması üçün hər hansı təhlükəyə icazə verməyəcəyik”, deyə nəşr baş nazirin sözlərindən sitat gətirir.
Mayın 1-də İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, yeni hökumət Suriyadakı druz icmasına qarşı hücumların qarşısını ala bilməsə, İsrail dövləti buna güclə cavab verəcək. Nazirin sözlərinə görə, aprelin 30-da Suriyada druzlara qarşı hücumlardan sonra o, baş nazirlə birgə İsrail ordusuna ekstremistlərə qarşı qabaqlayıcı zərbələr endirməyi əmr edib.
Poliqon.info