Daşkənddə sənaye zonasında yerləşən müəssisədə baş verən yanğın nəticəsində iki nəfər həlak olub.
Avtosfer.az xəbər verir ki, bu barədə bu ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, daha 5 nəfər yaralanıb, onlar xəstəxanaya çatdırılıb.
Bildirilib ki, hadisə yerinə 11 yanğınsöndürən briqada cəlb edilib.