“Real”ın zədəli oyunçuları Ferlan Mendi ilə David Alabanın sağlamlıq vəziyyəti qeyri-müəyyən olaraq qalır.
"Football-plus.az" xəbər verir ki, Mendi İspaniya kubokunun “Barselona” ilə final matçında (2:3) zədələnib.
Fransalı müdafiəçinin bud əzələsindəki zədənin nə dərəcədə ciddi olduğuna geniş müayinələrdən sonra aydınlıq gələcək. Alaba isə sol ayağındakı zədəyə görə sıradan çıxıb. Hər iki müdafiəçinin bu mövsüm bir daha meydana çıxmamaq ehtimalı yüksəkdi.
Ferlan bu mövsüm “Real”ın heyətində keçirdiyi 31 oyunda 2 məhsuldar ötürmə edib. Alaba isə 14 matç keçirib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta