Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov İordaniyada taekvondo festivalında iştirak edib.
Aprelin 30-da İordaniyanın Amman şəhərində Dünya Taekvondosu və Taekvondo Humanitar Fondu tərəfindən qaçqın idmançılar üçün təşkil olunan 3-cü “Ümid və Arzular” İdman Festivalının açılış mərasimi keçirilib.
Operativ Media xəbər verir ki, İordaniyada səfərdə olan Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov Dünya Taekvondosunun və Taekvondo Humanitar Fondunun prezidenti Çunqvon Çonun dəvəti ilə mərasimdə iştirak edib.
Bir sıra dünya idman rəsmilərinin qatıldığı festivalda müxtəlif idman növləri üzrə maraqlı çıxışlar nümayiş olunub.