Almaniyanın şimalındakı Timmendorfer Strand icmasının liman bölgəsində partlayış baş verib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Hamburger Morgenpost” məlumat yayıb.
Polisin məlumatına görə, bir neçə nəfər xəsarət alıb.
Daha sonra NDR bildirib ki, ərazidə qaz balonunun partlaması nəticəsində 9 nəfər yaralanıb. Partlayış baş verən ərazinin ətrafı mühasirəyə alınıb, çünki orada daha 17 qaz balonu saxlanılır.
Mart ayında Almaniyanın Hannover şəhərində təkər fabrikində partlayış baş verib .