AZ

Bəşər Əsəd hakimiyyətdən getdikdən sonra 1,4 milyon qaçqın evinə qayıdıb

Hurriyyet.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı Bəşər Əsəd hökumətinin devrilməsindən sonra 1,4 milyon nəfərdən artıq suriyalının evinə qayıtdığını bəyan edib. 

Bəlli olduğu kimi, Suriyada dövlət çevrilişi 2024-cü il dekabrın 8-də baş verib.

BMT-nin  Qaçqınlar üzrə Ali Komissarlığının X şəbəkəsindəki səhifəsində suriyalıların evlərinə qayıtmaları barəsində paylaşma dərc edilib: "1,4 milyon nəfərdən artıq suriyalı Əsəd rejiminin devrilməsindən bəri illərlə davam edən didərgin həyatından sonra evinə geri qayıdır".

Yazıda suriyalılar üçün ümidlərin baş qaldırdığını, lakin onların həyatlarını yenidən inşa etmələsinin asan olmadığı, vətəndaşların sığınacaq, səhiyyə, təhsil və dolanışıq kimi bir sıra sahələrdə dəstəyə ehtiyaclarının olduğu vurğulanır.  

Hürr Tərcüman

Seçilən
0
hurriyyet.az

1Mənbələr