AZ

Fərid Qayıbov Yevlax və Mingəçevir şəhər sakinləri ilə görüşüb

Gənclər və idman naziri Fərid Qayıbovun bölgələrə səfəri davam edir.

Mayın 1-də gənclər və idman naziri Fərid Qayıbov Yevlax və Mingəçevir şəhər sakinlərini qəbul edib.

Operativ Media xəbər verir ki, qəbuldan öncə nazir Fərid Qayıbov Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovla birlikdə Mingəçevir şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər. 

Mingəçevir Gənclər Evində keçirilən qəbulda vətəndaşları diqqətlə dinləyən nazir Fərid Qayıbov onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda may ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.

Seçilən
0
operativmedia.az

1Mənbələr