2024-cü ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Aparatının gəlirləri 101 milyon 142 min manat, xərcləri isə 101 milyon 182 min manat təşkil edib.
Bunlar, 2023-cü illə müqayisədə müvafiq olaraq 5,9 % və 5,7 % azdır.
Ötən il aparatın dövlət büdcəsindən verilmiş vəsait üzrə gəlirləri 79 milyon 882 min manat (əvvəlki ilə nisbətən 14,2 % az), birja əməliyyatlarından gəlirləri isə 21 milyon 259 min manat (47,4 % çox) olub.
Hesabat dövründə qurumun əməkhaqqı və məcburi dövlət sosial sığorta ayırmaları üzrə xərcləri 5 milyon 435 min manat (0,9 % az), maliyyə yardımları və sair transfer xərcləri 94 milyon 580 min manat (6,3 % az), sərf etdiyi materialların dəyəri 101 min manat manat (29,5 % çox), amortizasiya xərcləri 111 min manat manat (15,6 % çox), sair əməliyyat xərcləri isə 954 min manat (23,7 % çox) təşkil edib.
© "Report"