AZ

İranda güclü zəlzələ oldu: xəsarət alanların sayı artdı

İranın Xorasan Rəzəvi əyalətinin Rəştxar şəhərində səhər saatlarında 5 bal gücündə zəlzələ olub.

Aktual.az xəbər verir ki, bu barədə "Mehr” agentliyi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar qonşu Xaf və Turbat Heydəri şəhərlərində də hiss edilib.

***

İranda zəlzələdə xəsarət alanların sayı 19-a çatıb.

Bu barədə İRNA məlumat yayıb.

***

İranın Xorasan Rəzəvi əyalətində zəlzələ nəticəsində zərər çəkənlərin sayı 29-a çatıb.

Məlumatı "Mehr” agentliyi yayıb.

Bildirilib ki, zərərçəkənlər zəlzələdən qaçmağa çalışarkən xəsarət alıblar.

Məlumata görə, hazırda yalnız bir nəfər xəstəxanada qalır, digər zərərçəkənlər artıq evə buraxılıb.

Seçilən
0
ulusum.az

1Mənbələr