Aktual.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenkonun mətbuat katibi Natalya Eysmont deyib.
"Tramp administrasiyasının xahişi ilə ABŞ vətəndaşı Yuri Zenkoviç azadlığa buraxılıb. O ki qaldı onun ədalətli, yoxsa ədalətsiz saxlanılmasına, onun verdiyi müsahibələrə qulaq asın və baxın, özünüz hökm edin”, - o bildirib.