AZ

Dövlət əleyhinə çağırışlarda ittiham edilənlərin məhkəməsi başladı

Dövlət əleyhinə çağırışlar etmə ittihamı ilə həbs edilən cəbhəçilər - Gündüz Mirzəyev və Zaur Əsgərovun məhkəməsi başlayıb.

Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ilk iclas keçirilib.

Hazırlıq iclasının mahiyyətinə uyğun olaraq təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr keçirilib.

Müttəhimlərin ikisinin də vəkilləri müvəkkillərinin ev dustaqlığına buraxılmasını və şüşə qəfəsdən çıxarılaraq yanlarında əyləşməsini istəyiblər.

Azər Tağıyevin sədrlik etdiyi məhkəmə tərkibi həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi vəsatətini əsaslı hesab etməyib. Digər vəsatət isə təmin edilib. Gələn iclasda müttəhimlər vəkilləri ilə bir sırada əyləşəcəklər.

Seçilən
0
5
publika.az

10Mənbələr