AZ

1,4 milyondan çox suriyalı evlərinə qayıdıb

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı 2024-cü il dekabrın 8-də Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra 1,4 milyondan çox suriyalının öz evlərinə qayıtdığını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki,bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, BMT QAK-ın X sosial media platformasında suriyalıların evlərinə qayıtması ilə bağlı paylaşım edilib.

"1,4 milyondan çox suriyalı Əsəd rejiminin devrilməsindən bəri illərlə məcburi köçkünlükdən sonra öz evlərinə qayıdır", - paylaşımda deyilir.

Seçilən
0
1
operativmm.az

3Mənbələr