AZ

“Xankəndi” azarkeşlərinə müraciət etdi - VİDEO

Region Liqasının 1/8 finalını uğurla adlayan “Xankəndi” komandası 1/4-də “Çinar Zəngilan” komandası ilə qarşılaşacaq. 

Fanat.Az xəbər verir ki, iki oyundan ibarət olacaq bu mərhələdə, komanda ilk oyununu rəqib meydanında keçirəcək.

Qarşılaşma bazar günü - 4 mayda “Bayıl Arena”da baş tutacaq və saat 16:30-da start götürəcək. 

"Xankəndi" azarkeşlərini və Qarabağ Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən fanklubun üzvlərini oyun günü stadionda canlı dəstəkləməyə dəvət edib. Klub bununla bağlı sosial şəbəkə hesabında videoçarx paylaşıb:

 

Seçilən
0
fanat.az

1Mənbələr