AZ

Azərbaycan sülhməramlısı Cənubi Sudanda fəaliyyətinə görə təltif edilib

Cənubi Sudanda BMT-nin sülhməramlı missiyasına (UNMISS) daxil olan azərbaycanlı zabit təltif edilib.

AzNews.az Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, hərbi müşahidəçi qismində xidmət edən mayor Qaragözov Mehman Həmdiyə oğlu missiyada xidməti vəzifələrini nümunəvi şəkildə yerinə yetirdiyinə görə UNMISS-in Təhlükəsizlik Qüvvələrinin komandanı general-leytenant Mohan Subramanian tərəfindən medal və fəxri fərmanla təltif edilib.

M.Qaragözova uzunmüddətli patrul üzvlərinin münaqişə zonasından şəxsi təhlükəsizliyini nəzərə almadan, böyük cəsarət və şücaət nümayiş etdirərək uğurla çıxarılmasını təmin etdiyinə, bununla da nümunəvi sədaqət göstərdiyinə görə sertifikat təqdim olunub.

Seçilən
0
30
aznews.az

10Mənbələr