AZ

Ermənistanda zəlzələ olub

Mayın 1-də yerli vaxtla saat 07:47-də Ermənistanda 2,8 bal gücündə zəlzələ qeydə alınıb.

Yeraltı təkanlar Qeqarkunik rayonunun Qavar şəhərindən 13 km cənub-şərqdə baş verib. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Seysmoloji Xidmətin məlumatına görə, episentral zonada yeraltı təkanlar 3-4 bal təşkil edib. Zəlzələ Qavar və Martuni şəhərlərində, həmçinin Yeranos, Vardadzor, Dzoraqyuq, Saruxan, Lancağbyur və Qeqarkunik kəndlərində hiss olunub. Bu yaşayış məntəqələrində təkanların intensivliyi 2-3 bal olub.

Seçilən
0
30
veteninfo.az

10Mənbələr