AZ

Ronaldo meydanda öz-özünə danışır - Video

Ötən gün Kristiano Ronaldonun da formasını geyindiyi "Əl-Nəsr" (Səudiyyə Ərəbistanı) Asiya Çempionlar Liqasının yarımfinalında Yaponiya "Kavasaki Frontala"sına 2:3 hesabı ilə uduzub.

Axar.az xəbər verir ki, 40 yaşlı hücumçunun həmin oyundakı hərəkətləri dünya mediasında gündəmə çevrilib.

Ronaldonun meydanın ortasında öz-özünə danışmağı diqqət çəkib. Həmçinin o, qəribə hərəkətlər edib.

Qeyd edək ki, Ronaldo 2022-ci ilin dekabr ayının 30-da "Əl-Nəsr"ə keçib. O, cari mövsüm 38 oyuna çıxıb, 33 qol vurub və 4 qolun ötürməsini verib.

Seçilən
0
1
axar.az

3Mənbələr