Azərbaycanın 16 və 18 yaşlı qızlardan ibarət basketbol üzrə yığmaları Türkiyənin paytaxtı Ankaraya yollanıb.
Offsideplus.az xəbər verir ki, yeniyetmə basketbolçularımız bu şəhərdə təlim-məşq toplanışı keçirlər.
Hər iki kollektivə türk məşqçi Evren Alkaya rəhbərlik edir. Mayın 9-dək davam edəcək təlim-məşq toplanışında taktiki, texniki və fiziki çalışmalarla yanaşı, bir sıra yoxlama oyunları da keçiriləcək.
Təlim-məşq prosesinin ilk mərhələsində əsas məqsəd bu ilin iyul və avqust aylarında baş tutacaq Avropa çempionatı "B" divizionunun oyunlarına hazırlaşmaqdır.