AZ

ABŞ və Ukrayna "tarixi" sazişi İMZALADI

ABŞ Maliyyə Naziri Scott Bessent ABŞ və Ukrayna arasında nadir minerallar haqqında sazişin imzaladığını açıqlayıb.

News24.az xəbər verir ki, Scott Bessent razılaşmanı "tarixi" adlandırıb.

O mövzu ilə bağlı verdiyi açıqlamada, "ABŞ-la Ukraynanın yenidən qurulması investisiya fondunun yaradılması haqqında saziş imzalandı" deyib.

Qeyd edək ki, Ukrayna baş nazirinin birinci müavini Yuliya Svırıdenko sazişi imzalamaq üçün ABŞ-ın paytaxtı Vaşinqtona gedib.

Eyni zamanda, Ukrayna rəsmiləri ümid edirlər ki, ABŞ prezidenti Donald Tramp tərəfindən dəstəklənən saziş zəifləyən Amerika dəstəyini bərpa etməyə kömək edəcək.

Günel Məlikzadə

Seçilən
0
news24.az

1Mənbələr