AZ

ABŞ-də güclü qasırğa canlar aldı

12:11 01.05.2025
12:11 01.05.2025

ABŞ-nin Pensilvaniya və Oklahoma ştatlarını təsir edən qasırğada 6 nəfər həyatını itirib.

Mynews.az Türkiyə mediasına istinadən xəbər verir ki, şiddətli tufanlar Pensilvaniyanın şərqini, Texasın cənubunu və ABŞ-nin Oklahoma ştatlarını vurub.

Oklahoma ştatının cənubunu və Texasın şimalını təsir edən fırtına bəzi bölgələrdə güclü yağışa səbəb olub, küçələri su basıb. ABŞ-nin Oklahoma ştatında sel sularının avtomobili aparması nəticəsində iki nəfər ölüb.

Oklahoma ştatında rəsmilər bir neçə sürücünün sel sularından xilas edildiyini, Leksinqtonda isə bəzi sakinlərin suların qalxması səbəbindən evlərindən təxliyə edildiyini bildirib.

ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) məlumatına görə, fırtına səbəbindən Dallas Love Field və Dallas-Fort Worth Beynəlxalq Hava Limanında əməliyyatlar dayandırılıb, yüzlərlə aviareys ləğv edilib.

 


Seçilən
0
mynews.az

1Mənbələr