AZ

Azərbaycanlı şahmatçılar "Çempionların savaşı" turnirinin qalibi oldular

Qaliblər rapid və blitsdə keçirilən partiyalardan sonra müəyyənləşib.

Bakıda keçirilən “Çempionların savaşı” şahmat turniri başa çatıb.

Operativ Media xəbər verir ki, qaliblər rapid və blitsdə keçirilən partiyalardan sonra bəlli olub. Kişilər arasında Azərbaycan çempionu Rauf Məmmədov FIDE dünya çempionu Rüstəm Kasımcanovla (Özbəkistan) qarşılaşıb. Rapid 8:4 hesabı ilə üstünlük qazanan şahmatçımız blitsdə eyni uğuru təkrarlaya bilməyib. Amma bu ona ümumi hesabda qələbə qazanmağa mane olmayıb. Qadınların mübarizəsində isə Günay Məmmədzadə qalib gəlib. O, rapiddə əldə etdiyi üstünlüyü sonadək qoruyub.

Rapid

Rauf Məmmədov - Rüstəm Kasımcanov - 8:4

Günay Məmmədzadə - Antoaneta Stefanova - 7:5

Blits

Rauf Məmmədov - Rüstəm Kasımcanov - 4:6

Günay Məmmədzadə - Antoaneta Stefanova - 5:5

Yekun

Rauf Məmmədov - Rüstəm Kasımcanov - 12:10

Günay Məmmədzadə - Antoaneta Stefanova - 12:10

Seçilən
0
1
operativmedia.az

2Mənbələr