BAKI,TurkicWorld
ABŞ-ın müdafiə naziri Pete Hegseth İranın Yəməndəki Husilərə verdiyi dəstəyin cəzasız qalmayacağını bildirib.
TurkicWorld xəbər verir ki, bu barədə Hegseth X sosial media hesabına paylaşım edib.
“Husilərə verdiyiniz ölümcül dəstəyi görürük. Nə etdiyinizin fərqindəyik. ABŞ ordusunun gücünü yaxşı bilirsiniz və əvvəllər də xəbərdar edilmişdiniz. Nəticələrinə bizim müəyyən etdiyimiz vaxtda və yerdə dözəcəksiniz”- deyə paylaşımda qeyd olunub.
ABŞ Prezidenti Donald Trump martın 15-də Yəməndəki İran dəstəkli Husilərə qarşı genişmiqyaslı hərbi əməliyyat başlamaq barədə ordusuna göstəriş verdiyini açıqlayıb.
Bu açıqlamadan sonra ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yəmənin müxtəlif bölgələrində Husi hədəflərinə intensiv hava zərbələri endirməyə başlayıb.
Buna cavab olaraq Husilər ABŞ gəmilərini və dronlarını hədəf almağa, həmçinin İsrailə qarşı hücumlarını davam etdirməyə başlayıb. Xüsusilə, İsrailin 2023-cü il oktyabrın 7-dən Qəzzaya qarşı başlatdığı hücumlardan sonra Husilər Qırmızı dənizdən keçən, əsasən ABŞ və İsrailə aid ticarət gəmilərini hədəfə almağa başlayıb.