AZ

Tramp Ukraynaya milyonlarla dollarlıq ilk silah tədarükünü təsdiqlədi

ABŞ Prezidenti Donald Tramp Ukraynaya 50 milyon dollar və daha çox məbləğdə müdafiə təyinatlı məhsulların ixracına yaşıl işıq yandırıb...

Oxu.Az-ın xəbərinə görə, bu barədə Ukraynanın "Kyiv Post" qəzeti Tramp Administrasiyasının Konqresə göndərdiyi məlumatlara istinadən məlumat verib.

Qeyd edək ki, bu, Donald Trampın 2025-ci ilin yanvarında Ağ Evə, ABŞ prezidentliyinə qayıtmasından sonra ilk tədarükdür. Təklif olunan saziş çərçivəsində birbaşa kommersiya satışları (DCS) vasitəsilə Ukraynaya hərbi təyinatlı məhsullar və onlarla əlaqəli texniki məlumatların göndərilməsi, eləcə də müdafiə xidmətlərinin göstərilməsi nəzərdə tutulur. Lakin bu tədarüklərin konkret məzmunu ilə bağlı detallar qeyri-müəyyən olaraq qalır.

Xatırladaq ki, ABŞ bu yaxınlarda Ukrayna ilə hərbi əməkdaşlıq şərtlərini dəyişib. Vaşinqton ödənişsiz silah tədarükü praktikasından imtina edib və əvvəllər göstərilən yardıma görə Kiyevdən təzminat tələb edib. Buna cavab olaraq Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin hərbi məhsullarını birbaşa almağa və bu məqsədlər üçün 50 milyard dollara qədər vəsait ayırmağa hazır olduğunu bəyan edib.

Poliqon.info

 

 

 

Seçilən
0
poliqon.info

1Mənbələr