Milli Məclis Kamran Əliyevin Baş Prokuror vəzifəsinə təyin olunmasına razılıq verib.
Hafta.az xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunub. Prezident İlham Əliyevin Kamran Əliyevin Azərbaycan Respublikasının Baş Prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi ilə bağlı müraciət müzakirə edilib.
Deputat Əli Hüseynov Azərbaycan Prokurorluğunun fəaliyyətinin keyfiyyətini müxtəlif amillərlə qeyd edərək, Prokurorluq orqanlarının uğurlu fəaliyyətinə diqqət çəkib. Deputat Kəmran Əliyevin öz vəzifəsini yüksək səviyyədə icra etdiyini qeyd edib, fəaliyyətinin müxtəlif istiqamətlərinə toxunulub. Məsələ səsə qoyulub və Kamran Əliyevin Azərbaycan Respublikasının Baş Prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta