BAKI, TurkicWorld
Hindistan Pakistanla sərhəddə vəziyyəti qəsdən gərginləşdirir.
Bu barədə pakistanlı politoloq Asef Nur TurkicWorld-a özəl açıqlama verib.
O bildirib ki, hazırda Hindistan -Pakistan sərhədində vəziyyət kritik həddə çatıb. “Hərbi dron uçuşları, mütəmadi açılan atəşlər və qarşı tərəfin qoşunlarını irəlilətməsi Hindistanın müharibə istədiyini göstərir. Pakistan hazırda müdafiə mövqeyində qalsa da, biz də bu müharibəyə tam hərbi hazırlıq vəziyyətindəyik” – deyə politoloq vurğulayıb.
Asef Nurun sözlərinə görə, Pakistan yaxın günlərdə Hindistana məxsus bir müşahidə dronunu vurub, həmçinin sərhəd boyunca da bir neçə dəfə atəşkəs pozulub. Bu hadisələrin Hindistan mediasında geniş şəkildə Pakistan əleyhinə təqdim edildiyini vurğulayan politoloq, medianın vəziyyəti qəsdən şişirtdiyini bildirib.
Onun fikrincə, Hindistan Cammu və Kəşmirdə həyata keçirdiyi uğursuz siyasətin nəticələrini ört-basdır etmək üçün diqqəti qəsdən Pakistan üzərinə yönəltməyə çalışır. “Hindistan mediası artıq yalnız xəbər yayınlamır, həm də dövlətin mövqeyini dəstəkləyən Pakistan əleyhinə siyasi məlumatlar yayımlayır. Məqsəd ictimaiyyəti manipulyasiya etməkdir,” – deyə Asef Nur qeyd edib.
O əlavə edib ki, Pakistan mediası hazırda real vəziyyəti əks etdirir, lakin onların beynəlxalq ictimaiyyətə təsir gücü daha zəifdir. “İndi informasiya müharibəsi əsas alətə çevrilib, obyektiv jurnalistika artıq yoxdur,” – deyə politoloq fikrini tamamlayıb.
Qeyd edək ki, aprelin 22-də Hindistanın Pahalgam bölgəsində baş verən silahlı hücum nəticəsində 26 mülki şəxs həyatını itirib. Hindistan hökuməti bu hadisənin məsuliyyətini dərhal Pakistanla əlaqəli silahlı qrupların üzərinə qoyub, lakin buna dair konkret sübut təqdim edilməyib. Bundan sonra Hindistan tərəfi sərhəddə hərbi fəallığı artırıb, müşahidə dronları ilə hava nəzarətini genişləndirib və orduya "əməliyyat azadlığı" verildiyini elan edib. Hindistan mediası isə paralel şəkildə Pakistan əleyhinə informasiya yayımına başlayıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta