AZ

“Liverpul” 120 milyona hücumçu alır

“Liverpul”un yay transfer dönəmində hücum xəttini gücləndirmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, “qırmızılar” “Nyukasl Yunayted”in forvardı Aleksander İsakı sıralarına  cəlb etməyə hazırlaşır. “Sağsağanlar”ın isveçli oyunçunun satışından 120 milyon funt sterlinq (144 milyon avro) qazanmaq istəyir.

Daha öncə İsakın klubunun yeni müqavilə ilə bağlı bir neçə təklifini geri çevirdiyi bildirilmişdi.

Cari mövsüm bütün turnirlərdə 39 matça çıxan 25 yaşlı hücumçu 26 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Nyukasl”la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Seçilən
0
idmanxeber.az

1Mənbələr