Bakı. Trend:
“McDonald's Azərbaycan” şirkətinin təşkilatçılığı və Sumqayıtşəhər İcra Hakimiyyətinin dəstəyi ilə Sumqayıt şəhərində növbətiekoloji aksiya təşkil edilib.
Şəhərin yaşıllaşdırılmasına və ekoloji mühitininyaxşılaşdırılmasına xidmət edən aksiyada şirkətin 50-dən çoxəməkdaşı iştirak edib. Tədbir çərçivəsində iştirakçılar tərəfindən400 ədəd Şərq çinarı (Xan çinarı) ağacı əkilib. Xan çinarınınseçilməsi təsadüfi deyil. Belə ki, Azərbaycan mədəniyyətində buağac uzunömürlülük və davamlılıq rəmzi hesab olunur.
Qeyd edək ki, bu cür təşəbbüslər “McDonald's Azərbaycan”şirkətinin dayanıqlı inkişaf və ətraf mühitin qorunması sahəsindəgeniş fəaliyyətinin bir hissəsidir.
Davamlı olaraq olaraq plastikdən istifadənin azaldılması, təkraremal edilə bilən materiallara keçid və biznes proseslərinin enerjisəmərəliliyinin artırılması istiqamətində müxtəlif ekolojilayihələri həyata keçirən şirkət, bununla daha dayanıqlı şəhərinfrastrukturunun inkişafına və gələcək nəsillərə qayğıgöstərilməsinə töhfə verir.