BAKI, 1 may. TELEQRAF
BMW gələn il yenilənmiş "Alpina" brendini təqdim edəcək.
Teleqraf xəbər verir ki, alman avtomobil nəhəngi 2022-ci ildə " Alpina"nın təsisçiləri Bovensippen ailəsindən alacağını açıqlamışdı.
BMW şirkətinin nəzarətinə keçdikdən sonra "Alpina"nı nə gözlədiyi hələ məlum deyil, lakin baş konstruktor Adrian van Hooydonk "Autocar"a verdiyi müsahibədə təhvil-təslim prosesindən sonra şirkətin 2026-cı ildə sükutu pozacağını söyləyib.
Tarixən "Alpina" modelləri BMW modellərinin ciddi şəkildə dəyişdirilmiş versiyaları olub, daha çox yarışyönümlü "M" nişanlı modelləri ilə diqqət cəlb edib.