Rumıniya və Amerikanın "SpaceX" şirkəti yeni peyk texnologiyalarının hazırlanması üçün əməkdaşlığa başlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Rumıniyanın baş naziri Marsel Çiolaku bildirib: "Mən şadam ki, biz İlon Maska məxsus aparıcı Amerika şirkəti "SpaceX" ilə yeni peyk texnologiyalarının hazırlanmasında tərəfdaşıq. İndi bu tərəfdaşlıq şirkətin Rumıniyadakı sınaqlarının müsbət nəticələrindən sonra yeni mərhələyə qədəm qoyur".