Dünyanın ən yaşlı qadını, braziliyalı rahibə İna Kanabarro Lukas vəfat edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, onun 116 yaşı vardı.
Bu barədə onun mənsub olduğu Braziliyanın Teresian Sisters dini təşkilatı məlumat yayıb.
İndi ən yaşlı qadın titulu İngiltərənin Surrey qraflığında yaşayan Ethel Caterhemə məxsusdur.