AZ

Planetin ən yaşlı insanı, braziliyalı rahibə vəfat edib

Planetin ən yaşlı insanı, braziliyalı rahibə İna Canabarru Lukas 116 yaşında vəfat edib...

Poliqon xəbər verir ki, bu barədə Franse Press Agentliyi Braziliyanın Porto Aleqri şəhərindəki Karmelit Bacıları İcmasının bəyanatına istinadən verdiyi məlumat yayıb.

İna Canabarru 8 iyun 1908-ci ildə anadan olub. O, 1934-cü ildə Birinci və İkinci Dünya Müharibələri arasında 26 yaşında rahibə olub. Xanım Kanabarru Yer kürəsinin ən yaşlı sakini statusunu 2024-cü ilin dekabrında 116 il yaşayan Yaponiya sakini Tomiko İtukanın ölümündən sonra alıb.

Amerika Gerontologiya Tədqiqat Qrupunun (GRG) və LongeviQuest məlumat bazasına (dünyanın ən yaşlı insanlarının yaşını yoxlayan təşkilat) görə, planetin ən yaşlı insanı titulu indi Böyük Britaniyanın Surrey şəhərindən olan 115 yaşlı Ethel Caterham adlı qadına keçib.

Poliqon.info

Seçilən
0
poliqon.info

1Mənbələr