AZ

"Azərbaycançılıq ideyasının təbliği istiqamətində bu gün çox mühüm işlər görülür" - RƏY

"Azərbaycançılıq ideyasının təbliği istiqamətində bu gün çox mühüm işlər görülür" - RƏYAzərbaycançılıq ideyasının təbliği, Azərbaycanın milli kimliyini, dilini, mədəniyyətini və dövlətçilik anlayışını gücləndirmək məqsədini güdür. Bu ideya, xalqın öz tarixi və mədəniyyətinə olan bağlılığını artırmağa, dövlətin müstəqilliyini və suverenliyini qorumağa yönəlib.

Milli Məclisin deputatı Ceyhun Məmmədov Sonxeber.az-a açıqlamasında qeyd edib ki, bu ideyanın əsasını Ulu Öndər Heydər Əliyev qoyub və bu gün də cənab Prezident bu yolu uğurla davam etdirir:

"Azərbaycançılıq ideyasının təbliği istiqamətində bu gün çox mühüm işlər görülür" - RƏY"Azərbaycançılıq ideyasının təbliği istiqamətində bu gün çox mühüm işlər görülür. Bu gün Azərbaycan, əslində, bütün xalqların, millətlərin sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığı bir məkana çevrilib. Ölkəmizdə bütün xalqların nümayəndələri yaşayır və birgə fəaliyyət göstərirlər. Bu birliyi və həmrəyliyi biz davamlı olaraq qorumalıyıq.
Vətən müharibəsi dövründə millətindən, etnik qrupundan, dinindən asılı olmayaraq hər kəs torpaqlarımızın azad olunması uğrunda böyük səy göstərdi və biz bir dövlət, xalq olaraq bunu uğurla təmin edə bildik. Bu gün Azərbaycan xalqı qalib xalqdır və Azərbaycan irəliyə doğru inkişaf edir. Bu siyasət indi də davam etdirilir. Həmçinin, ideyanın bərqərar olması üçün məktəblərimizdə, ali təhsil müəssisələrində davamlı olaraq məlumatlar verilir və təbliğat aparılır.

Bu da, təbii ki, gənclərimizin gələcəkdə inkişafını, onların dövlətçiliyə və Azərbaycançılıq ideologiyasına sadiq ruhda yetişməsini təmin edir və öz ciddi töhfəsini verir. Bu, bizim tarixi nailiyyətdir. Biz bunu qorumalı və gələcək nəsillərə çatdırmalıyıq. Bu gün bu istiqamətdə işlər davam edir və, təbii ki, birmənalı olaraq uğurla davam edəcək."

Politoloq İlyas Hüsyenov isə saytımıza açıqlamasında qeyd edib ki, Azərbaycançılıq konsepsiyasının bir sıra mühüm tərəfləri, önəmli xüsusiyyətləri vardır:

"Azərbaycançılıq ideyasının təbliği istiqamətində bu gün çox mühüm işlər görülür" - RƏY"Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycançılıq məfkurəsinin təbliği ilə bağlı uzun illər ərzində mühüm işlər görülmüşdür. Möhtərəm Cənab Prezidentin rəhbərliyi ilə gənclər arasında milli-mənəvi dəyərlərin təbliği və vətənpərvərliyin aşılanması, böyük tarixi qələbəmizin əsasını qoydu. Bunun əsasında deyə bilərik ki, məhz cənab Prezidentin rəhbərliyi altında formalaşan gənclik həm də böyük tarix yazıb.

Azərbaycançılıq konsepsiyasının bir sıra mühüm tərəfləri, önəmli xüsusiyyətləri vardır. Burada milli kimliyindən, dini görüşlərindən, dilindən asılı olmayaraq Azərbaycan hamımızın vətənidir. Bütün etnik azlıqlar da ölkəmizin inkişafı üçün əlindən gələni edirlər və o cümlədən, Vətən müharibəsində hər kəs silaha sarıldı, vətənin müdafiəsinə qalxdı. Torpaqlarımızın işğaldan azad olunmasında fəal rol oynadı, öz qanı, canı və sağlamlığı bahasına vətənimizin suverenliyini bərqərar etdi.

Bu il cənab Prezident tərəfindən ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan olunmuşdu və imzalanan müvafiq sərəncama uyğun olaraq tədbirlər keçirilir. Burada da mütləq şəkildə Azərbaycançılığın, bir uğurlu formul kimi, Ulu Öndər tərəfindən formalaşması fikirləri vurğulanır. Bu, ölkəmiz durduqca, tarixi nailiyyətlərə imza atdıqca, Ulu Öndər tərəfindən dərindən düşünülmüş siyasi və ideoloji baxışlar sisteminin nə qədər uğurlu olduğunun bir göstəricisidir."

Vüsalə İbrahimli

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycançılıq ideyasının təbliği" mövzusuna uyğun olaraq dərc edilir.
"Azərbaycançılıq ideyasının təbliği istiqamətində bu gün çox mühüm işlər görülür" - RƏY

Seçilən
0
sonxeber.az

1Mənbələr