Minifutbol üzrə Azərbaycan yığması Millətlər Liqasında daha iki oyun keçirib.
Msport.az xəbər verir ki, Slovakiyada keçirilən turnirin qrup mərhələsinə yekun vurulub.
A qrupunda yer alan komandamız Ukrayna ilə 2:2 hesablı heç-heçə edib, meydan sahibi Slovakiyaya isə 2:3 hesabı ilə uduzub.
Yekunda Azərbaycan və Ukrayna yığmaları eyni xal və top fərqinə malik olublar. Lakin qrupda daha çox qol vurduğu üçün millimiz ikinci yerlə yarımfinala yüksəlib.
Komandamızın final yolunda rəqibi Belçika olacaq. Qarşılaşma saat 14:15-də başlayacaq.