AZ

Bakıda təşkil olunan “Çempionların savaşı” turnirinin bağlanış mərasimi keçirilib

Bakıda “Çempionların savaşı” turnirinin bağlanış mərasimi keçirilib.

"Report"un məlumatına görə, mərasimdə Gənclər və İdman Nazirliyinin nümayəndələri, Azərbaycan Şahmat Federasiyasının (AŞF), həmçinin Beynəlxalq Şahmat Federasiyasının rəsmiləri və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə yarışla bağlı videoçarx təqdim olunub. Ardınca yarış iştirakçıları şahmat taxtasına öz imzalarını atıblar.

Daha sonra AŞF-nin prezidenti Mahir Məmmədov çıxış edərək qalibləri təbrik edib.

Sonda turnirin qalibi olan Rauf Məmmədovla Günay Məmmədzadəyə hədiyyələr təqdim olunub. Bununla yanaşı, şahmatçılarımızın rəqibləri Rüstəm Kasımcanov və Antoenetta Stefanovaya da xatirə hədiyyələri verilib.

Həmçinin Xalça Muzeyinin rəhbərliyinə də xatirə hədiyyəsi təqdim olunub.

Mükafatları AŞF prezidenti M.Məmmədov və Gənclər və İdman Nazirliyinin idman şöbəsinin rəhbəri Elnur Məmmədov təqdim ediblər.

Qeyd edək ki, rapid və blits oyunlarının nəticəsinə əsasən Azərbaycan çempionu Rauf Məmmədov FIDE Dünya çempionu Rüstəm Kasımcanovu (Özbəkistan) 12:10 hesabı ilə üstələyib.

Digər görüşdə isə qadınlar arasında ölkə çempionatının qalibi Günay Məmmədzadə dünya və Avropa çempionu Antoaneta Stefanovaya (Bolqarıstan) eyni hesabla qalib gəlib.

Seçilən
0
27
report.az

10Mənbələr