Çin milli komandasının sabiq məşqçisi Li Ti həbs olunub.
Futbolpress.az xəbər verir ki, o, yığmada işlədiyi vaxt rüşvət qarşılığında heyətə oyunçu çağırdığı üçün 20 il müddətinə azadlıqdan məhrum edilib.
Li 2019-2021-ci illərdə Çin yığmasına rəhbərlik edir. O, bu müddətdə milliyə oyunçu çağırma qarşılığında 6,8 milyon dollara yaxın rüşvət alıb.