“Neftçi”nin sabiq baş məşqçisi Miodraq Bojoviç yenə istefaya göndərilib.
QOL.az xəbər verir ki, monteneqrolu mütəxəssisin İranın "İstiqlal" klubundakı işi cəmi iki ay çəkib.
Fevralın 28-də baş məşqçi təyin edilən Bojoviçin fəaliyyəti klub rəhbərliyini razı salmayıb. Onun rəhbərliyi altında Tehran təmsilçisi Asiya Çempionlar Liqası ilə vidalaşıb. Yerli çempionatda keçirilmiş 7 matçda isə "İstiqlal" qələbə qazana bilməyib. və cəmi 4 xal yığıb. Bojoviç "İstiqlal" klubunun tarixinə bir dəfə də olsun qələbə qazana bilməyən yeganə məşqçi kimi düşüb. Paytaxt təmsilçisi hazırda 30 xalla 16 komanda arasında 11-ci pillədədir.
"İstiqlal" Bojoviçin baş məşqçi kimi dəyişdiyi 22-ci komanda olub.
Qeyd edək ki, Bojoviç 2023-24 mövsümündə “Neftçi”ni çalışdırıb və uğursuz nəticələrdən sonra istefaya göndərilib.