"Sabah" klubunun məşqçiləri tərəfindən Lənkəranda seleksiya aparılıb. 

Offsideplus.az xəbər verir ki, seçimlər 29-30 aprel tarixlərində “Azərlotereya”nın dəstəyi ilə Lənkəran Olimpiya İdman Kompleksində baş tutub.  Seleksiya prosesində 2009–2015-ci il təvəllüdlü 600-ə yaxın uşaq iştirak edib. Hava şəraiti ilə əlaqədar olaraq seleksiyanın bir hissəsi qapalı meydançada baş tutub.

Seçimlər nəticəsində 45 istedadlı uşaq və yeniyetmə Bakıdakı final mərhələsinə vəsiqə qazanıb.