"33 trilyon dollarlıq borcla ABŞ Avropa təhlükəsizliyini subsidiya etməyə daha davam edə bilməz", - deyə Uolts vurğulayıb.
Onun sözlərinə görə, Norveç və Finlandiya müdafiə xərclərini artırsa da, İspaniya, Kanada və İtaliya kimi bəzi NATO ölkələrinin bu sahəyə ayırdığı vəsait olduqca yetərsizdir. Uolts əlavə edib ki, Vaşinqton hərbi və diplomatik baxımdan Avropa ölkələrinə dəstəyi davam etdirəcək, lakin bundan sonra daha tələbkar olacaq.
"Biz müttəfiqlərimizin öz paylarını ödəmələrini və bu yükü ABŞ ilə bölüşmələrini israrla tələb edəcəyik", - deyə o bildirib.
Qeyd edək ki, Uolts bundan əvvəl də ABŞ administrasiyasının NATO müttəfiqlərindən hərbi xərcləri ÜDM-in 2%-i səviyyəsinə çatdırmağı iyun ayında keçiriləcək NATO sammitinədək tələb etdiyini açıqlamışdı. Donald Tramp isə prezidentliyi dövründə NATO-nun Avropadakı üzvlərinin müdafiə xərclərini ÜDM-in 5%-nə çatdırmağı hədəflədiyini dəfələrlə qeyd etmişdi. Financial Timesın məlumatına görə, iyunda keçiriləcək NATO sammitində alyans liderlərinin hərbi büdcələri 3%-dən çox artırmağa razılaşacağı gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31