Türkiyə may ayında Azərbaycana gözlənilən səfəri zamanı İsrail Baş naziri Benyamin Netanyahunun təyyarəsinin hava məkanından keçməsinə icazə verib.BUTA.TV xəbər verir ki, bu barədə “Azerbaijani-İsraeli Alliance Global Nyus” məlumat yayıb. “Bu, Azərbaycanın İsrail və Türkiyə arasında gərginliyin azaldılmasına yönəlmiş vasitəçiliyinin kiçik, lakin simvolik uğurunu ifadə edir”, - məlumatda qeyd olunub. Qeyd olunub ki, 2024-cü ilin noyabrında Türkiyə İsrail Prezidenti İshaq Hersoqun Bakıda keçirilən COP29 sammitində iştirakını onun təyyarəsinin hava məkanından keçməsinə icazə verməməklə faktiki olaraq əngəlləyib.