Son vaxtlar bağ evlərinə maraq xeyli artıb. Belə evlər ya kirayə götürülür, ya da satın alınır. Qiymətlər ötən illə müqayisədə yüksəlib.
Ölkə.az xəbər verir ki, mövzuya əmlak məsələləri üzrə ekspert Elnur Azadov münasibət bildirib.
Onun sözlərinə görə, bağ evlərinin birgünlük kirayə qiyməti həftəiçi 100-150 manat, istirahət günləri isə 150-200 manat arasında dəyişir:
“Qiymətlər əsasən evlərin şəraitindən və yerləşdiyi ərazidən asılı olaraq fərqlənir”.
Mövzu ilə bağlı daha ətraflı Xəzər TV-nin videomaterialında: