AZ

Özəl nəşriyyatda səhmdarlara dividend ödənilməsi müzakirə ediləcək

21 iyun 2025-ci il tarixdə "Şərq-Qərb" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.

Marja xəbər verir ki, yığıncağın gündəliyində aşağıdakı məsələlər durur:

1) ASC-nin 2024-cü il üzrə illik və maliyyə hesabatlarının təsdiq edilməsi;

2) ASC-nin müfəttişinin növbəti müddətə təyin edilməsi;

3) ASC-nin 2024-cü il üzrə mənfəət və zərərinin bölüşdürülməsi, dividend;

4) Digər cari məsələlər.

Ümumi yığıncağın gündəliyindəki məsələlərə dair materiallarla tanış olmaq üçün ASC-nin aşağıda qeyd olunan əlaqə nömrələri ilə əlaqə saxlanılması xahiş olunur.

Ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir. Səhmdar ümumi yığıncaqda iştirak hüququnu bilavasitə özü və ya nümayəndəsi vasitəsilə həyata keçirir. Bu zaman səhmdarın nümayəndəsi qanunvericiliklə müəyyən edilmiş qaydada (notarial) tərtib edilmiş etibarnaməyə malik olmalıdır.

Yığıncaq ASC-nin Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsi, 17 ünvanında yerləşən inzibati binasında keçiriləcəkdir.

şərq-qərb
Seçilən
1
marja.az

1Mənbələr