AZ

Hindistanda hoteldə YANĞIN - 14 ölü

Hindistanın Qərbi Benqal ştatının paytaxtı Kəlküttədə hoteldə baş vermiş yanğın nəticəsində azı 14 nəfər ölüb, 13 nəfər yaralanıb.

Bakıvaxtı.az ANI agentliyinə istinadən xəbər verir ki, yanğın aprelin 29-da axşam saatlarına baş verib.

Ölənlər arasında xilas olmaq üçün yuxarı mərtəbələrdən özünü atanlar da var. Yanğınsöndürənlər bir neçə nəfəri, o cümlədən terrasa sığınanları qurtarıblar. Olay yerində 14 meyit aşkarlanıb, axtarış işləri davam edir.

İlkin ehtimala görə yanğın mətbəxdə qaz sızmasından meydana gəlib.

Seçilən
0
6
bakivaxti.az

7Mənbələr