AZ

Bağırsaq xərçənginin geniş yayılmasının səbəbi açıqlanıb

Bakı. Trend:

Gənclər arasında bağırsaq xərçəngi hallarının artması, bakteriyatoksinlərinin təsiri ilə əlaqəli ola bilər.

Trend xəbər verirki, bu barədə “Nature” dərgisində elmi məqalə dərc olunub.

Aparılan araşdırma bəzi bağırsaq çubuğu (Escherichia coli)ştamlarının ifraz etdiyi kolibaktin adlı maddəyə diqqət çəkir.Alimlərin fikrincə, məhz kolibaktin xəstəliyin inkişafına səbəbolan ilkin mutasiyalara yol aça bilər.

Beynəlxalq tədqiqatçılar qrupu 11 ölkədən olan təxminən 1000xəstənin şiş toxuması nümunələrini təhlil edib. 50 yaşdan aşağıpasiyentlərin yarıdan çoxunda kolibaktinin DNT-yə zədələyicitəsirinə xas mutasiyalar aşkar edilib.

Mütəxəssislər hesab edirlər ki, yoluxma halları adətənuşaqlıqda, 10 yaşına qədər baş verir, lakin nəticələri yalnızonilliklər sonra üzə çıxır.

Kolibaktinlə əlaqəli mutasiyalar 40 yaşdan əvvəl xərçəngdiaqnozu qoyulmuş şəxslərdə 70 yaşdan yuxarı xəstələrlə müqayisədə3,3 dəfə daha çox qeydə alınıb. Yaşlı pasiyentlərdə isə DNTzədələrinin xarakteri daha çox təbii qocalma prosesləri ilə bağlıolub.

Seçilən
0
8
az.trend.az

4Mənbələr