Gəncədə qətl hadisəsi törədilib.
Xezerxeber.az-ın məlumatına görə, dostlar arasında yaşanan hadisənin söyüş üstündə baş verdiyi bildirilir.
İddialara görə, ötən gün axşam saatlarında tanışlar arasında mübahisə zəminində yaranan münaqişə zamanı 30 yaşlı Eyyub Talıbov tanışı 31 yaşlı Osman Nağıyevi bıçaqlayıb. Bundan sonra 29 yaşlı Alim Quliyev də Eyyub Talıbovu bıçaqlayıb.
Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb. Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq Eyyub Talıbov xəstəxanada ölüb.
Digər yaralı, 31 yaşlı Osman Nağıyevin müalicəsi xəstəxanada davam etdirilir. Həyatını itirən şəxsi qətlə yetirməkdə təqsirləndirilən 29 yaşlı Alim Quliyev polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: