AZ

Qeyri-sabit hava şəraiti may ayında da davam edəcəkVİDEO

"Aprel ayındakı qeyri-sabit hava mayda da davam edəcək".

Coğrafiya İnstitutundan “Xəzər Xəbər”ə bildirilib ki, iqlim dəyişmələri keçid aylarında, xüsusən yazdan yaya, ya da payızdan qışa keçid dövrlərində daha qabarıq müşahidə oluna bilər. Bu dövrdə isə temperatur fərqləri, yağıntı rejimi dəyişə, ekstremal hava hadisələri-  fırtınalar, qasırğalar, gözlənilməz istiləşmə və ya soyuma halları daha tez-tez baş verə bilər. Eləcə də  keçid aylarında gündüzlə gecə arasında və günbəgün havada kəskin istilik fərqləri də ola bilər.

Xezerxeber.az-ın məlumatına görə, Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi Rafiq İsmayılov deyir ki, keçid ayı olaraq apreldə hava dəyişkənliyinin olması təbii haldır. Bunun əsas səbəbi isə havanın qızması, soyuq hava kütlələrinin şimaldan Azərbaycana daxil olması ilə orta troposferdə baş verən sinoptik proseslərdir.

Rafiq İsmayılov həmçinin Azərbaycanda sel və daşqın üçün riskli olan əraziləri də açıqlayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Seçilən
0
15
xezerxeber.az

10Mənbələr