"Bavariya" heyətini gücləndirmək üçün işlərini davam etdirir.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Münxen klubu "Barselona"nın müdafiəçisi Ronald Arauxonu transfer etmək imkanını nəzərdən keçirir.
Qeyd olunur ki, 26 yaşlı Arauxonun müqaviləsində 65 milyon avroya satın alma variantı var.
Ronald Araujo "Bavariya"nın müdafiə xəttində Kim Min-jaeni əvəz edə bilər.
Bu mövsüm Arauxo "Barselona"nın heyətində 20 oyun keçirib, 2 qol vurub və komanda yoldaşlarına 2 məhsuldar ötürmə edib.