Həbsdə 20 gündən çoxdur ki, aclıq aksiyası keçirən müxalif siyasətçi Tofiq Yaqublunun qızı Nigar Həzi deyir ki, atasından hər an pis xəbər gəlməsi qorxusuyla yaşayır.
O, on il əvvəl vəfat edən bacısı Nərgizi xatırlayaraq deyir ki, ailəsi ikinci doğma adamın itkisinə hazır deyil.
"Nərgizin itkisi onsuz da bizim üçün sağalmayan yaradır, hətta qaysaqlanmayan yaradır. Hətta illər, günlər keçsə də, biz o acını dünən olmuş kimi yaşamışıq.
Bu stress, bu gərginliklə ana olmağa hazırlaşıram. Bilmirəm necə olacaq. Bütün analar kimi mən də istərdim ki, sağlam körpə dünyaya gətirim", - o, BBC-yə müsahibəsində deyir.
"Mən atamı yaxşı tanıyıram. Bax, aclığının 24-cü günüdür. Özünüz də görürsünüz, ölümə doğru gedir, amma yenə də deyir ki, mən aclığı dayandırmayacağam və israrlıyam", - Nigar Həzi əlavə edir.
Onun sözlərinə görə, əgər atası siyasi fəaliyyətini dayandırarsa, bunu anlayışla qarşılayar: "Çünki insanların da dözümünün bir yeri var. Heç vaxt mən peşimanam, buvaxta qədər tutduğum əməldən o cür versiya düşünmürəm ki, mənim atam elə bir söz deyə bilər. Ancaq insan olaraq, yoruldum, bunu anlayışla qarşılayaram".
Videoya Youtube kanalımızda izləyə bilərsiniz.