Azərbayçan və İran arasında münasibətlər tarixən dərin mədəni, dini və tarixi köklərə söykənir. Bu münasibətlər müxtəlif dövrlərdə fərqli dinamika nümayiş etdirmişdir. Son illərdə isə regional geosiyasi dəyişikliklər fonunda Azərbaycan-İran əlaqələrinin gələcək inkişaf istiqaməti xüsusi maraq doğurur.
Bu baxımdan, İran İslam Respublikasının yeni seçilmiş prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri, münasibətlərin gələcək kursunun müəyyənləşməsində mühüm bir addım kimi qiymətləndirilməlidir. Səfərin həm vaxtı, həm də gündəliyi göstərir ki, Bakı və Tehran qarşılıqlı anlaşma, əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı etimadın bərpası üçün ciddi cəhdlər göstərirlər.Səfərin Əhəmiyyəti və Gündəliyi Məsud Pezeşkianın səfəri regionda yeni reallıqların yarandığı, xüsusilə Cənubi Qafqazda yeni sülh proseslərinin sürətləndiyi bir vaxta təsadüf edir. Azərbaycan Prezident Administrasiyası tərəfindən təşkil olunan yüksək səviyyəli görüşlərdə iqtisadi əməkdaşlıq, nəqliyyat və logistika sahəsində birgə layihələr, sərhəd təhlükəsizliyi və mədəni münasibətlərin inkişafı kimi mövzular müzakirə olunmuşdur.
Prezident Pezeşkianın bəyanatında Azərbaycanın ərazi bütövlüyünə hörmət ifadə olunması, gələcəkdə gərginliklərin qarşısının alınması istiqamətində vacib siqnal hesab edilir.
Qarşılıqlı Əməkdaşlıq Perspektivləri, İki ölkə arasında bir çox sahələrdə əməkdaşlıq imkanları mövcuddur:
– Ticarət və iqtisadiyyat: İran və Azərbaycan arasındakı ticarət dövriyyəsinin artırılması üçün yeni gömrük razılaşmalarının imzalanması müzakirə edilib.
– Energetika: Enerji resurslarının qarşılıqlı istifadəsi və “yaşıl enerji” sahəsində birgə layihələrin icrası gündəmdədir.
– Nəqliyyat və logistika: Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi planlaşdırılır.
– Mədəni və humanitar sahələr: Mədəniyyət günləri, təhsil proqramları və ortaq festival layihələri ilə xalqlar arasında əlaqələrin dərinləşdirilməsi nəzərdə tutulur.
Bununla belə, bəzi mövzularda ehtiyatlı yanaşmalar özünü göstərir. Xüsusilə Zəngəzur dəhlizi məsələsində fikir ayrılıqları və bəzi geosiyasi narahatlıqlar əlaqələrin inkişafında əsas problemlərdən biri olaraq qalır. Milli Məclisin deputatı Hikmət Babaoğlunun qeyd etdiyi kimi: “Prezident Pezeşkianın Azərbaycana səfəri diplomatik dialoqun davam etməsinə şərait yaratsa da, köklü məsələlərdə ciddi dəyişikliklərin baş verməsi üçün hələ zamana ehtiyac var.”
Diplomatik səylər qarşılıqlı inamın artırılması və yeni əməkdaşlıq formatlarının yaradılması baxımından önəmlidir.
Tarix sübut edir ki, Azərbaycan və İran xalqları arasında əlaqələrin möhkəmləndirilməsi regionda sabitliyin qorunmasında və inkişafın təmin olunmasında əvəzsiz rol oynayır.
Bunun üçün isə:
– qarşılıqlı hörmət və suverenliyə riayət,
– iqtisadi və mədəni sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq,
– gənclər və mədəniyyət sahəsində birgə təşəbbüslərin təşviqi xüsusi əhəmiyyət daşıyır.
Səfərin əsas nəticəsi ondan ibarətdir ki, tərəflər mövcud problemlərə baxmayaraq, qarşılıqlı dialoq və əməkdaşlıqdan imtina etmir və yeni mərhələyə keçid üçün imkanlar yaradırlar.
Məsud Pezeşkianın Azərbaycana səfəri, sadəcə diplomatik jest deyil, həm də gələcəyə yönəlik ümid işığıdır. Azərbaycan və İran xalqlarını birləşdirən tarix, mədəniyyət və ortaq dəyərlər bu dostluğun əsas dayaqlarıdır. Əminik ki, qarşıdakı dövrdə bu əlaqələr daha da möhkəmlənəcək, regionun sabitliyi və inkişafı naminə daha böyük addımlar atilacag.
Arzuman Muradlı
Siyasi ekspert